"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtın bir neçə rayonunda dövlət mənzil fonduna daxil olan binaların cari və əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə genişmiqyaslı tender elan edib.
Turkustan.az xəbər verir ki, müsabiqə çərçivəsində Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisindəki yaşayış binalarının infrastrukturunun yenilənməsi nəzərdə tutulur.
Layihənin ümumi ehtimal olunan qiyməti 23 986 064,32 azn təşkil edir./modern.az