Bu gün qısaldılmış İŞ GÜNÜDÜR


Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.

Turkustan.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.

Beləliklə, 6 və 7 iyun tarixləri Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.

Qeyd edək ki, iyunun 9-u da qeyri-iş günüdür.


MANŞET XƏBƏRLƏRİ