26 saylı Sabunçu Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba ilə görüşüb.
Görüş namizədin seçki qərargahında keçirilib.
Fazil Mustafa missiya rəhbərini maraqlandıran sualları cavablandırıb.
O, seçkilərin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün və seçki qərargahının hər hansı bir problemlə qarşılaşmadığını bildirib.
Oleq Kuleba öz növbəsində Fazil Mustafanı təmsil etdiyi missiyanın fəaliyyəti haqqında bilgiləndirib.