8 avqust Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Trampın vasitəçiliyi ilə keçirilən görüşdə sülh barədə şərtlər tamamilə razılaşdırıldı və müqavilə paraflandı. Zəngəzur dəhlizindən istifadə hüququnun Azərbaycana qaytarılması əsas dönüş nöqtəsi hesab edilir.
Müqaviləyə əsasən, ABŞ isə bu dəhlizə sabitlik məqsədi ilə nəzarət edəcək beynəlxalq qüvvə olacaq.
2020 ci il 10 noyabr 3 tərəfli sülhü əsasında həmin yoldan tranzit xətti kimi istifadə haqqı Bakının ixtiyarına veriləcəkdi lakin, 5 il keçməsinə baxmayaraq Moskva tərəfi gah müxtəlif vasitələrlə bu məsələni yubandırır, gah digər tərəfdən isə Qalustanyan kimi onun maraqlarını gizlicə təmsil edən şəxslərlə Ermənistan daxilində çevriliş həyata keçirmək, Zvarnotsda yerləşən hərbi bazasındakı qüvvələrlə bu çevrilişə dəstək vermək, anti Azərbaycan mövqeli siyasiləri hakimiyyətə gətirib yenidən ərazi iddiaları qaldırtmaqla regionu xaosa sürükləmək istəyirdi.
ABŞ isə Rusiyanın Cənubi Qafqaz planından xəbərdar idi.
Məsələnin mahiyyətində nə durur?
Əvvəla, Ukraynada gedən müharibə nəticəsində Qərb və NATO qüvvələri artıq bu ölkənin əhəmiyyətli hissəsində dayaqlarını qura bilmişlər, müharibə bitərsə, Kiyev neytral mövqe statusu daşıyacağı barədə söz verərsə də, İsrail modelli NATO üzvü olacaq yəni, hüquqi cəhətdən olmasa da, de fakto alyansın nəzarəti altında olacaq, ordu quruculuğu yeni standartlara uyğun ediləcək, texniki dəstək göstəriləcək və taktiki uzaq mənzilli raketlər ərazisində yerləşdiriləcək.
Beləcə Rusiyanın Qərb sərhədlərində ABŞ dəstəkli NATO möhkəmlənəcək və Serbiya daxil Balkanlarda mövcud olan Xorvatiya, Slovakiya kimi Moskva meyilli dövlətlərə əl çatanlıq dərəcəsi minimuma endiriləcək.
ABŞ Qafqazda da hərbi qüvvə saxlamaqla Rusiyanın bu dəfə cənub sərhədlərində for post qurur, həm Ermənistan daxilində nəsə çevrilişə cəhdi edilərsə (nəzərə alsaq ki, Nikol Paşinyan Qərb dəstəkli siyasi fiqurdur) həmin qüvvə vasitəsi ilə bu planın qarşısını almaq istəyir.
Zvarnotsda Rusiyadan göndərilən hərbi texnika və əsgər sayının artırılması sirr deyil ki, İrəvanda çevrilişə hesablanıb və güclü kəşfiyyat xidmətinə malik ABŞ hadisələri yaxından izləyir, qabaqlayıcı tədbirlər görür.
Qaldı ki, Tehranın 8 avqust sülh razılaşmasının əsasında ABŞ qüvvələrinin Zəngəzur dəhlizinə nəzarətdə iştirak hüququ əldə etməsinə mənfi yanaşmasına - səbəb budur ki, yaxın Şərqdə müttəfiqlərini itirdikdən sonra Rusiya ilə əlaqələri inkişaf etdirərək bu itkiləri kompensasiya edən, İsrail və ABŞ koalisiyasının Yaxın Şərqdə hərbi güc strukturlarını inkişaf etdirməyə başladığı dövrdə Moskva ilə militar ittifaqı artıran İran əsas yükdaşıma xətti kimi Zəngəzur keçidini görür, həm də Vaşinqton burada qüvvə saxlarsa ölkəsinin şimal sərhədlərində əsas rəqibin var olacağını, istənilən yük daşıma əməliyyatlarını izləyəcəyini düşünür.
Həmçinin, növbəti İran İsrail müharibəsi ehtimalı zamanı ABŞ ın dəstəklədiyi Tel Əvivə qarşı Moskva dərhal hərbi texniki yardım hətta ordu dəstəyi ilə strateji tərəfdaşı olacaq və bu yüklərin daşınması məhz əsas xətt kimi Zəngəzur dəhlizindən aparılacaq.
Rusiya isə ABŞ ın regionda Bakı, İrəvan və Tiflislə yaxınlaşmasına Qafqazı itirmə, İranla arasında bufer zona yaradılması, Hind Okeanına çıxışa, iqtisadi və hərbi yüklərin daşınmasına maneə kimi görür.
Moskva tərəfi nə qədər 8 avqust sülhü və Zəngəzur dəhlizində ABŞ qüvvələrinin yerləşdirilmə istəyinə bitərəf və müsbət yanaşsa da reallıq isə başqa cürdür
Müəllif siyasi şərhçi: İsa İsmayılov