İran aksiyaçılara atəş açsa, biz gələcəyik - Tramp hədələdi


Əgər İran dinc etirazçılara atəş açsa və onları qəddarcasına qətlə yetirsə – bu, onların adət etdikləri praktikasıdır - ABŞ onlara kömək edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ lideri rəsmi “Truth Social” hesabında yazıb.

“ABŞ vəziyyəti yaxından izləyir. Biz ora getməyə tam hazırıq” , - Tramp qeyd edib.

Qeyd edək ki, son bir neçə gün ərzində İranın müxtəlif şəhərlərində iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölən və yaralananlar var. /axar.az/


MANŞET XƏBƏRLƏRİ