Cavanşir Məmmədovdan efirə gələn qadına hörmətsizlik - VİDEO


Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" proqramında gözlənilməz hadisə yaşanıb.

Turkustan.az axşam.az-a istinadən xəbər verir ki, Leyla adlı qadın üzünə maska taxaraq efirə gəlib və yardım istəyib. Studiyadakılar üzünün görünməsini istəməyən Leylanın maskasını çıxarmasını istəsələr də, o etməyib.

Həmin an proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov əl ataraq heç bir xəbərdarlıq etmədən qəfildən qızın maskasını çıxardıb. Onun bu hörmətsizliyindən qız təəccüblənib. O, əli ilə üzünü gizlətməyə çalışıb.

Qeyd edək ki, sözügedən proqramda bundan əvvəl də bənzər hadisə yaşanmışdı. Üzünü bağlayıb efirə gələn qızın maskasını ekspertlərdən biri əl ataraq çıxartmışdı.


MANŞET XƏBƏRLƏRİ