Tacir Şahmalıoğlu: "Qırmızı şalvar geyinən yaşımdır, yaxşı edirəm" - VİDEO


"Kişilik geyim ilə ölçülmür. Kaş ki, qara şalvar geyinənlərin hamısı kişi olaydı".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu qırmızı şalvar geyindiyi üçün onu tənqid edənlərə cavab verərkən deyib.

Sənətçi deyib ki, geyim kişilik ölçüsü deyil:

"Şükür Allaha, kişiliyim, mənliyim yerimdədir, oturuşumu-duruşumu bilirəm. Sadəcə olaraq, şou-biznesdəyəm. Ola bilər ki, göy rəngli geyim də geyinə bilərəm, qara da, hətta sarı da. Bu mənim sənətimdən asılı olan bir şeydir. Bu gün məni tənqid edirlərsə, deməli yaşayıram. O vaxt ki, tənqid olunmayacam, onda Tacir Şahmalıoğlu sönəcək".

Sənətçi bu şalvarı 8 il bundan əvvəl geyindiyini vurğulayıb:

"Birincisi, mənim əynimdəki şalvar qırmızı deyil. 7-8 il bundan əvvəl toyda olmuşam. Həmin şalvarıd orada geyinmişəm. Bu şalvarı indi geyinmirəm. Hardasa paylaşıblar. Belədə də mənə nə olub ki? Cavan oğlanam. Qırmızı geyinən yaşımdır, hələ 45 yaşım var. Qırmızı şalvar geyinəndə nə olar ki?".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu məclislərin birində geyindiyi şalvar müzakirələrə səbəb olub. Sənətçi geyiminə görə, sosial şəbəkədə tənqid olunub.


MANŞET XƏBƏRLƏRİ