Mərhum Əməkdar incəsənət xadimi Tahir Əkbərin qızı maraqlı paylaşım edib.
Turkustan.az Olay-a istinadla xəbər verir ki, o, atasının səhifəsində başına gələn bir hadisədən söz açıb:
“Məncə, hami bilir ki, atam Tahir Əkbərin səhifələrini ailəsi olaraq biz işlədirik. Bu yaxınlarda bir müğənni atamın mesencerinə yazıb: “Salam, Tahir müəllim, mən müğənniyəm, istəyirəm mənim üçün bir mahnı bəstələyəsiniz”.
Cavabda yazdım ki, üzrlü sayın, mən ölmüşəm. Yazdı ki, çox sağ olun”.