Avropa ölkələrinin vətəndaşları Rusiyanın mümkün işğalı halında öz ölkələrini müdafiə etmək istəmədiklərini bildiriblər. Lakin silahlı münaqişə həqiqətən başlayacağı təqdirdə bu əhval-ruhiyyə dəyişə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.
Nəşr Böyük Britaniyada bu yaxınlarda keçirilən sorğunun nəticələrinə istinad edir.
"Sorğuda respondentlərin cəmi 6%-i ölkəyə hücum ediləcəyi təqdirdə onu müdafiə etmək üçün könüllü şəkildə silaha sarılacağını bildirib. Daha 14% respondent isə hökumət tərəfindən birbaşa səfərbər olunacağı təqdirdə hərbi xidmətə razı olacağını bildirib. Bu qədər aşağı göstəricilər mövcud beynəlxalq vəziyyət fonunda olduqca təəccüblü görünür", - deyə bildirilib.
Məqalə müəllifi istehza ilə yazır ki, əgər o, Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydı, artıq hərbi gəmiləri Dover (İngiltərənin liman şəhəri) sahillərinə düzmüş olardı. /axar.az/