Ağ Evin yadplanetlilərlə bağlı saytında MÜƏMMALI PAYLAŞIM: "Aramızda gəzirlər" - VİDEO


Ağ Ev yadplanetlilər haqqında sayt istifadəyə verib və orada qeyri-qanuni miqrantların məlumat bazasını interaktiv həbs xəritəsi ilə dərc edib.

Bu barədə Turkustan.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, xəritədə həbslərin tarixləri, cinayət ittihamları, vətəndaşı olduqları ölkələr və miqrantların ehtimal edilən dəstələrə mənsubiyyətləri əks olunub.

Saytın məlumatına əsasən, ABŞ hökumətinin ölkədəki qeyri-qanuni miqrasiya probleminin miqyasını 60 il ərzində gizlətdiyi iddia edilib. Hazırkı ABŞ Prezidenti Donald Tramp real təhlükəyə diqqət yetirən və həqiqəti deməkdən çəkinməyən ilk prezident adlandırılıb.

Saytda iddia olunur ki, milyonlarla miqrant gizli şəkildə ABŞ cəmiyyətinə nüfuz edib, eyni zamanda əvvəlki hökumət başçıları isə vətəndaşlarını qorumaq əvəzinə bunu onlardan gizlədiblər.

Donald Tramp daha əvvəl bəyan etmişdi ki, o, hakimiyyətə gəlməzdən əvvəl təxminən 25 milyon insan ölkəyə qanunsuz olaraq daxil olub. ABŞ prezidenti həmçinin dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi mövqeyindən çıxış edib. Andiçmədən sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı sərəncam imzalamış və qeyd etmişdi ki, ABŞ tarixində qanunsuz miqrantların ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Ağ Evin rəsmi "X" hesabında da qeyri-qanuni miqrantlar yadplanetlilərə bənzədilib, bununla bağlı videoçarx "Aramızda gəzirlər" başlığı ilə paylaşılıb./щчг.фя


MANŞET XƏBƏRLƏRİ