ADY qatarı Bakıda daha 2 nəfərin ölümünə səbəb oldu: qatarın işığı yanmayıb? - Video


Xəbər verdiyimiz kimi, oktyabrın 29-u 22:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.

"Elektrovozun işığı yanmırdı, yansaydı, görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən qeyd edilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Turkustan.az Baku TV-yə istinadla geniş süjeti təqdim edir:


MANŞET XƏBƏRLƏRİ