Acı bibər 14 yaşlı oğlanı öldürdü


ABŞ-da ədviyyatlı tortilla çipsləri yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın həddindən artıq acı bibər yeməkdən öldüyü müəyyən edilib.

Turkustan.az xəbər verir ki, keçən il sosial şəbəkədə gördüyü və qəfil ölən Massaçusets ştatında 10-cu sinif şagirdi Harris Wolobahın yarılma hesabatı əldə edilib.

Məlumata görə, "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra xəstələnən Wolobah "yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması" nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi var.

Bu arada, sosial şəbəkədə başlatdığı "challenge"də Paqui istehsalçısı istehlakçılardan dünyanın ən acı iki bibərindən əldə etdikləri məhsulu yeyərkən çəkdikləri videoları paylaşmalarını və məhsulu istehlak etdikdən sonra su içməmələrini istəyib.

ABŞ-da ümumi olan bu “challenge”də iştirak edən onlarla uşaq xəstəxanaya yerləşdirilib.

Son dərəcə acı olan bu məhsula qarşı uşaqlara və gənclərə xəbərdarlıq edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ