Türkiyədə neft quyusunda partlayış baş verdi: Xəsarət alanlar var – FOTOLAR


Diyarbakırın Silvan rayonunda neft quyusunda qazma işləri zamanı qaz sıxılması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 1 işçi ölüb, 1 işçi yaralanıb. Həyatını itirən işçinin yaxınları hadisə yerinə getmək istəyərkən qəza keçirib.

Turkustan.az xəbər verir ki, partlayış səhər saat 08.30 radələrində Silvan rayonunun Duru məhəlləsindəki Türk Nefti Anonim Ortaqlığına (TPAO) məxsus neft quyusunda baş verib. Qazma işləri zamanı qaz sıxılması nəticəsində baş verən partlayışda İhsan Tunar (33)(adlar şərtidir) həyatını itirib. Yaralı Veysel S. (40) xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Silvan Dr. Yusuf Əzizoğlu Dövlət Xəstəxanasına aparılıb.

İşçi İhsan Tunarın yaxınları vəziyyəti eşitdikdən sonra hadisə yerinə getmək istəyərkən Bağdere mövqeyində yol qəzası keçirib. Qəza zamanı Aynur Tunar (30), Həmzə Tunar (57) və Türkan Tunar (30) xəsarət alıb. Xəsarət alanların həyati təhlükəsi olmasa da, partlayışla bağlı istintaq başladılıb.

Diyarbəkirdə neft quyusunda partlayış!  1 ölü, 1 yaralıDiyarbəkirdə neft quyusunda partlayış!  1 ölü, 1 yaralı

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ