Fazil Mustafadan Mehdi Mehdiyevə TƏBRİK


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyevİ əlamətdar yubileyi ilə bağlı təbrik edib.

Komitə sədri yubiley münasibətilə Mehdi Mehdiyevə məktub ünvanlayaraq, onun ictimai fəaliyyətini yüksək dəyərləndirib:

“Hörmətli Mehdi müəllim!
Sizi 60 illik yubileyiniz ilə bağlı olaraq səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Çox şadam ki, bu ilki yubileyinizi ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, işğaldan azad edilmiş ərazilərimizdə “Böyük Qayıdış”ın uğurla icrasının sevinc və qüruru içində keçirirsiniz.

Siz hərbçi, müharibə veteranı, ictimai xadim və vətəndaş olaraq şərəfli, məsuliyyətli həyat yolu keçmiş, Əfqanıstandan Qarabağadək uzanan ağır və çətin xidmət illərində öz mətinliyinizlə seçilmisiniz.

Siz həm də şəhid ailəsinin bir üzvü, iki müharibənin iştirakçısı, minlərlə döyüşçü taleyini dərindən anlayan bir insan olaraq, 2001-ci ildən etibarən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə rəhbərlik edir, təşkilatlanma, hüquqi dəstək və vətəndaş həmrəyliyi yönündə çalışırsınız.
İctimai birliklər və müharibə veteranları ilə əməkdaşlıq sahəsində sizin kimi məsuliyyətli, təşəbbüskar və prinsipial vətəndaş cəmiyyəti təmsilçilərinin mövcudluğu bu sahənin inkişafına töhfədir.

Əminəm ki, bundan sonra da müharibə iştirakçılarının, şəhid ailələrinin hüquq və maraqlarının müdafiəsi sahəsindəki fəaliyyətinizi yüksək vətəndaş məsuliyyəti ilə davam etdirəcəksiniz.

Yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, uğurlar arzulayıram”!


MANŞET XƏBƏRLƏRİ