Bakıda məktəbliyə iyrənc hərəkətlər edən avtobus sürücüsü həbs edildi


Bakı şəhərinin Xəzər rayonu Binə qəsəbəsi ərazisində məktəbli oğlana qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.

Əldə etdiyimiz məlumata görə, Yevlax rayon sakini, Bakıda yaşayan və avtobus sürücüsü kimi çalışan 1990-cı il təvəllüdlü Tural İsgəndərov barəsində cinayət işi başlanılıb.

Məlum olub ki, T.İsgəndərov Binə qəsəbəsində yerləşən 218 saylı məktəbin yaxınlığında 10 yaşlı məktəbli oğlana avtobusun daxilində pornoqrafik video izlətdirib. O, daha sonra azyaşlıya qarşı iyrənc hərəkətlərini davam etdirib.

Bundan bir müddət sonra azyaşlı oğlanın anası hadisə barədə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verib. Faktla bağlı cinayət işi açılıb.

Tural İsgəndərov bildirib ki, avtobusda uşaqları gözləyərkən yuxuya gedib. Bu zaman uşaqlardan biri avtobusa daxil olub və onun mobil telefonunu götürərək video izləyib. O, əxlaqsız hərəkətlər etməsi ilə bağlı deyilənlərin uydurma olduğunu iddia edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 153.2-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə Xəzər RPİ-də açılan işin materialları məhkəməyə göndərilib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə T.İsgəndərov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, məhkəmə zalındaca həbs edilib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ