Ermənistan ordusunun iki hərbçisi ölüb, biri isə yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan ordusu Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindən Azərbaycan bölmələrinin yerləşdiyi mövqeyi atəşə tutmuşdu.
Ermənilərin bu təxribatı nəticəsində 3 əsgərimiz yaralanıb. (publika.az)