Putindən maraqlı addım: Lukaşenkonu bu dildə salamladı - VİDEO


Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko mayın 8-də qısa söhbət ediblər.

Turkustan.az xəbər verir ki, bu, Putinin Qələbənin 80 illiyi şərəfinə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Moskvaya gələn xarici liderlərə Kremldə verilən rəsmi şam yeməyindən əvvəl baş tutub.

Putin Belarus prezidentini iki dəfə salamlayıb. Əvvəlcə Lukaşenkonun “Mən içəri girə bilərəmmi?” sualına cavab verib. Rusiya lideri ingilis dilində "Xoş gəlmisiniz!" deyib. Lukaşenko zarafatla təəccübləndiyini bildirib. Daha sonra Putin onu rus dilində salamlayıb.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ