"Rusiya Ukrayna ilə barışıq deyil, sülh bağlamağa hazırdır".
Turkustan.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın "NBC" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna ilə sülh məsələsini “həll edə” və Avropa ölkələri “yollarına qayıda bildikdə” sülh gələcək.
"Rusiya prezidenti Vladimir Putinin heç kimə borcu yoxdur. Atəşkəsə gəlincə, mən bunu sözlə deyə bilərəm. Biz bu barədə onunla sonuncu dəfə Volqoqradda danışmışdıq. Onlar buna hazırdırlar. Rusiya çoxdan təkcə atəşkəsə deyil, sülhə də hazırdır", - Lukaşenko bildirib. /Bakıvaxtı.az/