Moskvada keçirilən Qələbə Paradında bir sıra Rusiya pilotsuz təyyarələri ilk dəfə təqdim edilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.
Qırmızı Meydandan keçən pilotsuz uçuş aparatları arasında Orlan-10 , Orlan-30 , Zala, Lancet-51, Lancet-52, həmçinin “Harpia” və “Geranium” dronları var.
Qeyd olunur ki, bu pilotsuz təyyarələrin hamısı Ukrayna ordusu ilə döyüşlərdə fəal istifadə olunur.
Daha əvvəl məlum olub ki, Qələbə Paradında 11 mindən çox hərbçi iştirak edib./publika.az