Hindistan və Pakistan savaşı qaçılmazdır. Ancaq bu, 2025-ci ildə olmayacaq.
Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Pakistan-Hindistan gərginliyi haqda proqnozunu açıqlayarkən deyib.
“Bəli, bir neçə il öncə bununla bağlı proqnoz vermişdim. Çox təəssüf ki, deyilənlər gerçəkləşdi. Ümumilikdə bu savaşın hələlik böyük və qlobal bir savaş olmasını görmürəm. Ancaq bu o demək deyil ki, ümumiyyətlə savaş olmayacaq. 2027-ci ildən sonra Hindistan və Pakistan arasında daha bir toqquşma yaranacaqdır.
Təəssüf ki, bu münaqişədə Amerika və Qərb qazanacaq. Hər iki dövlət isə zərərçəkmiş olacaq. Pakistan isə çalışdığı qədər bu konfliktdən uzaqlaşmalıdır”, - deyə ekstrasens qeyd edib.