Paşinyan Lukaşenko ilə barışdı - VİDEO


Moskvanın Qırmızı Meydanında təşkil olunmuş 9 may Qələbə paradında maraqlı hadisə yaşanıb.

Xarici ölkə liderləri paradı tribunadan izləyiblər.
Turkustan.az xəbər verir ki, təşkilatçıların tribunada Ermənistanın baş naziri Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun yanında əyləşdirməsi xüsusi diqqət çəkib.

Məsələ burasındadır ki, Nikol Paşinyanın Aleksandr Lukaşenkonu görməyə gözü yoxdur.

Rəsmi İrəvanla rəsmi Minsk arasındakı münasibətlərin rəvan olmamasına səbəb Belarus prezidenti Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb. Baş nazir Nikol Paşinyan bildirib ki, müharibə zamanı Belarus lideri faktiki olaraq Azərbaycanın tərəfində olub. Buna görə də Paşinyan Ermənistan rəsmilərinin Belarusa səfərini qadağan edib.

Hələ 2024-cü ilin iyununda Paşinyan bəyan etmişdi ki, Lukaşenko bu ölkənin rəhbəri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək. İki ölkənin Xarici İşlər nazirlikləri 2024-cü ilin iyununda nota mübadiləsi aparıblar və avqustda Lukaşenkonun növbəti sərt bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binası “pomidor atəşi”nə tutulub.

Münasibətlərdəki gərginlik fonunda Paşinyanın 9 may paradında Lukaşenkonun yanında yerləşdirilməsi maraqla qarşılanıb. Videodan görünür ki, Belarus lideri əyilib Ermənistan baş nazirinə nəsə deyir. Paşinyanın isə onunla danışmağa həvəsli görünmədiyi müşahidə olunur./modern.az


MANŞET XƏBƏRLƏRİ