Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın Qızıl Meydanında Qələbə Paradında iştirak edən parad bölmələrinin komandirləri ilə görüşüb.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, komandirlər arasında Azərbaycanın 80 nəfərlik parad heyətinə rəhbərlik edən polkovnik-leytenant Samiq Rizvan oğlu Məmmədov da olub.
Putin komandirlərin hər biri ilə əl sıxaraq onları bayram münasibətilə təbrik edib.
(axar.az)