Siqaret çəkənlərdə çəkməyənlərə nisbətən daha çox visseral yağ ola bilər


Alimlər müəyyən ediblər ki, siqaret çəkənlərdə çəkməyənlərə nisbətən daha çox visseral yağ ola bilər.

Turkustan.az xəbər verir ki, Addiction jurnalında dərc olunan araşdırmada elm adamları təxminən 1,7 milyon siqaret çəkənin məlumatlarını araşdırıblar.

Kopenhagen Universitetinin tədqiqatçıları siqaretin daxili orqan yağını artıra biləcəyini aşkar ediblər.

Araşdırma qrupunun rəhbəri Dr. Alman Carrasquilla araşdırma haqqında dedi : "İctimai sağlamlıq baxımından bu tapıntılar siqaretin qarşısının alınması və azaldılması səylərinin əhəmiyyətini gücləndirir, çünki bu, həm də visseral yağın və onunla əlaqəli bütün xroniki xəstəliklərin azaldılmasına kömək edə bilər".

Carrasquilla, visseral yağ riskinin azaldılmasının digər əhəmiyyətli xəstəliklərin riskini də azaldığını ifadə edib.

Mütəxəssislər daxili orqanları əhatə edən bu növ yağın ürək xəstəlikləri, şəkərli diabet, demans və insult riski ilə əlaqəli olduğu barədə xəbərdarlıq ediblər.

Elm adamları, daha arıq bədən tipli insanlarda da ciddi xəstəliklər riski yaradan əhəmiyyətli daxili yağ ola biləcəyinə diqqət çəkdilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ