Heç bir uşağın peyvəndi təxirə salına bilməz


"Peyvənd etmək üçün heç vaxt gec deyil".

Turkustan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova nazirliyin “Instagram” səhifəsində "İmmunlaşdırma həftəsi"ndən danışarkən deyib.

Onun sözlərinə görə, əgər gec vurulubsa,hər peyvənd özünün xüsusi sxemi əsasında vurula bilər.

S.Cəfərova əlavə edib ki, heç bir uşağın peyvəndi təxirə salına bilməz

"Bəzi peyvəndlərdə əks-göstərişlər ola bilər ki, bu zaman bu uşaqların peyvəndi təxirə salına bilər, amma sağaldıqdan sonra peyvənd olunmalıdır", - deyə Səbinə Cəfərova qeyd edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ