Putin Trampdan sadəcə o ərazini istəyib – Səbəb


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı müharibəni dayandırmaq üçün ilkin şərt kimi Donbas vilayətinin Moskvanın tam nəzarətinə verilməsini istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə “Müharibə Araşdırmaları İnstitutu” məlumat yayıb.

İnstitutun analitikləri belə bir qərarın verilməsinin Rusiyaya böyük üstünlük qazandıracağını yazır:

“Donetsk vilayəti Ukraynanın müdafiə sənayesi üçün strateji əhəmiyyətli yerdir. Rusiya silahlı qüvvələrin hazırda bu bölgədə hücumu davam etdirsələr də, əsas müdafiə xəttini belə asanlıqla keçmələri mümkün eyil, bunun üçün onlara ən azı bir neçə il lazımdır. Donetskin Moskvaya verilməs rus qoşunlarının daha az canlı qüvvə itirməsinə, o cümlədən döyüşləri daha əlverişli mövqelərdən davam etdirmələrinə imkan yaradacaq. Bu, həm də ruslara Dnepropetrovsk və Zaporojya vilayətlərinin şərq rayonlarına və ya qala kəmərindən xeyli az möhkəmləndirilmiş Xarkov vilayətinin cənubuna hücum etmək üçün əlverişli mövqelər verəcək”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ