Dövlət Statistika Komitəsi Azərbaycandakı çoxuşaqlı anaların (5-dən çox uşağı olan) sayını açıqlayıb.
Modern.az-ın komitədən əldə etdiyi məlumata görə, 2024-cü il iyulun 1-dək ölkədə qeydə alınan çoxuşalı anaların sayı 2700 nəfər olub.
5-dən çox uşağı olan 2,7 min qadına 11 838 uşaq üçün aylıq müavinət ödənilib.
Həmin ailələrdə bir nəfərə düşən aylıq müavinətin məbləği 105 manat təşkil edib.
Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.