Yaponiya Ukraynadan Rusiyanı vuracaq


Sakit okeandakı Kuril adaları münaqişəsinə görə Rusiya ilə böyük gərginlik yaşayan Yaponiya, Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya 7,6 milyard dollar yardım edəcəyini vəd edib.

Turkustan.azxəbər verir ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldəki təmasları çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Nazir Hayaşi bildirib ki, Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollar yardım etməyi öhdəsinə götürüb.

May ayında G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiyanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskini onlayn rejimdə sammitdə iştiraka dəvət edib.

İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı 1945-ci ildə Yaponiyanın təxminən 1300 kilometrə qədər uzanan və Sakit okeanı Oxot dənizindən ayıran Kuril adalarını ilhaq edib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ