Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Turkustan.azxəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşür. Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, fasiləsiz olaraq davam edəcək".
Eltac Zülfüqaroğlu/Turkustan.az