Rusiya Avropaya yaşıl işıq yandırır: Biz dialoqa hazırıq


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropadan Rusiya ilə dialoqa ehtiyac olduğunu göstərən açıqlamalar gəlib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada keçirilən mətbuat konfransında cari məsələlərə münasibət bildirib. O, Avropa paytaxtlarından Moskva ilə danışıqlar aparmalı olduqlarını bildirən açıqlamalar eşitdiklərini və Rusiyanın belə bir dialoqa hazır olduğunu təsdiqləyib. Peskov bildirib ki, "Həqiqətən də, son 3-4 həftə ərzində Finlandiya prezidenti Aleksandr Stubbdan və Berlindən gec-tez ruslarla birbaşa danışmağın vacib olacağı barədə açıqlamalar eşitmişik".

Peskov Avropada münasibətdə mümkün dəyişikliyi alqışlayacaqlarını qeyd edərək dedi: “Ruslar dialoqa hazırdırlar. Biz inanırıq ki, avropalıların hazırda etdiyi kimi, danışıqlar həmişə tam qarşıdurmaya əl atmaqdan daha yaxşıdır. Əgər avropalıların davranışındakı bu münasibət dialoqun xeyrinə dəyişərsə, biz bunu yalnız alqışlayacağıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ