Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski Aİ Hərbi Komitəsinin baş qərargah rəisləri səviyyəsində keçirilən iclasında cəbhədəki son vəziyyət və Ukrayna ordusunun ehtiyacları barədə məlumat verib.
Turkustan.az xəbər verir ki, Sırski bu barədə Facebook hesabında paylaşım edib.
O bildirib ki, Ukraynada döyüş meydanındakı vəziyyət hələ də mürəkkəb olaraq qalır. Bununla belə, həm ötən ilin, həm də bu ilin yaz aylarının nəticələrinə əsasən, Ukrayna Silahlı Qüvvələri Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı planın strateji məqsədlərinə çatmasının qarşısını ala bilib.
Sırski qeyd edib ki, məhdud resurslar şəraitində daha böyük qüvvəyə malik düşmənə qarşı effektiv mübarizə aparmaq üçün Ukrayna ordusu “məhv müharibəsi” strategiyasından asimmetrik mübarizə taktikasına keçməyə çalışır.
Baş komandan Müdafiə Qüvvələrinin əsas vəzifələrini də açıqlayıb:
“Əsas vəzifələrimiz düşmənin irəliləyişini dayandırmaq, effektiv əks-hücumlar həyata keçirmək, Rusiyanın arxa cəbhəsinə, o cümlədən dərin ərazilərinə zərbələr endirmək və hava məkanımızı qorumaqdır.”
Aytən Yaşar/ Turkustan.az