ABŞ prezidenti Donald Tramp bildirib ki, NBC-nin "Today" verilişinin aparıcısı Savannah Guthrie-nin anası Nensi Guthrie ölü tapılarsa, onu qaçıranlara ölüm cəzası tələb edəcək.
Turkustan.az xəbər verir ki, Tramp "New York Post" qəzetinə verdiyi telefon müsahibəsində Savanna Qutrinin anası Nensi Qutrinin qaçırılması ilə bağlı şərh verib.
Tramp bildirib ki, 84 yaşlı Qutri ölü tapılarsa, onu qaçıranları "sərt" federal cəzalar gözləyir.
Belə bir halda, Ədliyyə Nazirliyinin ölüm cəzasını istəyib-istəməyəcəyi soruşulduqda, Tramp "Ən sərti, bəli. Düzdür" cavabını verdi.
Aytən Yaşar/ Turkustan.az