Ölkəyə qayıdan Gültəkin Hacıbəyli həbs ediləcək? – Açıqlama


Sabiq deputat və Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi barədə məlumat yayılıb. Onun adı “Ramiz Mehdiyev işi”ndə hallanırdı. Hazırda G.Hacıbəylinin ölkəyə qayıtdığı və azadlıqda olduğu bildirilir.

Gültəkin Hacıbəyli barəsində həbs qərarı verilə bilərmi?

Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, Gültəkin Hacıbəyli həbs olunmayacaq:

“Gültəkin Hacıbəylinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə məlumata rast gəlməmişəm. Türkiyədə qanunsuz saxlanılan vaxt ərzində də ona heç bir ittiham irəli sürülməyib. Sözügedən şəxs haqda məqalələr dərc edilsə də, bunların faktlara söykəndiyini düşünmürəm”.

Qeyd edək ki, “Mehdiyev işi” üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs olunub. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev isə ev dustaqlığındadır.


MANŞET XƏBƏRLƏRİ