Zelenski bu ay Ukraynada seçkilərin keçiriləcəyini elan edəcək


“Financial Times” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin 24 fevralda həm prezident seçkiləri, həm də referendumla bağlı planını açıqlayacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, milli seçkilərin və referendumun may ayında keçirilməsi ehtimal edilir.

Qəzet seçki prosesinin planlaşdırılmasında iştirak edən Ukrayna və Avropa rəsmilərinə istinadən bildirir ki, bu məsələ ABŞ və Ukrayna arasında sülhə nail olmaq məqsədilə aparılan danışıqlar çərçivəsində müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ