Azərbaycanda bu ayda iş vaxtı norması azalacaq


Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq.

Turkustan.az xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir.

Qeyd edək ki, may ayında qeyri-iş günlərinə 9 May – Faşizm üzərində Qələbə Günü, 27-28 may – Qurban bayramı və 28 May – Müstəqillik Günü daxildir.

Bundan əlavə, 9 May şənbə gününə təsadüf etdiyindən 11 may da qeyri-iş günü hesab olunacaq. Həmçinin bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar 29 may tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, may ayında ölkədə ümumilikdə qeyri-iş günlərinin çoxluğu iş vaxtı normasının azalmasına səbəb olacaq. (metbuat.az)


MANŞET XƏBƏRLƏRİ