Xəbər verdiyimiz kimi, “Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında vəfat edib. Onun bir müddətdir, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkdiyi, Türkiyədə müalicə aldığı qeyd edilib.
Türkiyəyə müalicə üçün üz tutmuş, eləcə də orada vəfat etmiş azərbaycanlı məşhurlar kimlərdir?
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy (1938–2000) – 2000-ci ilin yayında ağır xəstəlik səbəbindən Ankarada müalicə alarkən vəfat edib. Daha sonra ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakıda dövlət səviyyəsində dəfn mərasimi keçirilib. Elçibəy Fəxri Xiyabanda dəfn edilib.

Əbülfəz Elçibəy
Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyev (1947–2017) – 2017-ci il iyunun 8-də ürək problemindən dünyasını dəyişib. O, Türkiyənin İstanbul şəhərində müalicə olunurdu.

Natiq Əliyev
Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədov (1964–2022) – 4 noyabr 2022-ci ildə İstanbulda müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat edib. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn edilib.

Fazil Məmmədov
Sabiq millət vəkili Fəzail Ağamalı – 2026-cı il 9 fevralda Türkiyədə vəfat edib. O, qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə getmişdi.

Fəzail Ağamalı
Milli Məclisin keçmiş deputatı Mahir Aslanov – Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ürək əməliyyatı zamanı vəfat edib.

Mahir Aslanov
Əməkdar artist Aygün Bəylər– 2024-cü ildə Ankara şəhərində vəfat edib. O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aygün Bəylər
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatda olan yeganə tələbəsi və yardımçısı, professor-doktor Yəhya Daşdələn (1940–2020) – 2020-ci ildə Türkiyədə vəfat edib.

Yəhya Daşdələn
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin sabiq rəisi İlyas Səfərov – 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xalq artisti Rasim Balayev (1948–2026) – İstanbulda “Memorial” xəstəxanasında vəfat edib. Bir müddətdir ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi və Türkiyədə müalicə alırdı.

Rasim Balayev
/Globalinfo.az