SEPAH İranın Hərbi Dəniz Qüvvələri komandanının ölümünü təsdiqlədi


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiq edib.

Turkustan.az xəbər verir ki, İranın dövlət televiziyası SEPAH-ın rəsmi bəyanatına əsaslanaraq bildirib ki, Əlirza Təngsirinin aldığı xəsarətlər ölümcül olub.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Ə.Təngsirinin öldürüldüyünü bəyan etmişdilər./Oxu.az


MANŞET XƏBƏRLƏRİ