Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç


Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Turkustan.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndinə 129 (455 nəfər), Təzəbinə kəndinə 147 (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailənin (2718 nəfər) daimi qayıdışı təmin edilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ