Deputat kənd kitabxanalarının bağlanmasına etiraz etdi


Bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi keçirilib. Turkustan.az xəbər verir ki, iclasda çıxış edən Mədəniyyət komitəsinin üzvü Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanmaq təhlükəsi ilə bağlı narahatlığını da ifadə edib.

Onun sözlərinə görə, bölgələrdə kitabxanaların fəaliyyətinin zəifləməsi gənclərin kitab oxuma vərdişlərinə mənfi təsir göstərir:

“Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Kitabxanalar və mədəniyyət evləri gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq qalması üçün vacib məkandır. Əvvəlcə daha müasir və əlçatan modellər yaradaq, sonra köhnə strukturların bağlanmasını düşünək.”


MANŞET XƏBƏRLƏRİ