Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi mühüm nailiyyət hesab edir.

Turkustan.az xəbər verir ki, Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.

Dövlət başçısının fikrincə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ prezidenti Donald Trampın enerjili və effektiv vasitəçilik missiyası sayəsində mümkün olub.

Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu cür mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib, Almatıda sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb./APA


MANŞET XƏBƏRLƏRİ