ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti görüşün avqustun 15-i cümə günü Alyaskada baş tutacağını açıqlayıb.
ABŞ prezidenti bildirib ki, görüş üçün bəzi təhlükəsizlik tədbirləri görülməlidir.
Tramp Rusiya ilə mümkün razılaşma çərçivəsində Rusiyanın əlində olan bəzi torpaqları geri ala biləcəklərinə işarə edib.
ABŞ prezidenti “Ukrayna məsələsi çox tezliklə həll oluna bilər” deyib.
Şərqi Ukraynanın onlara təhvil verilməsi müqabilində Rusiya prezidenti Vladimir Putinin atəşkəsə razılaşacağı iddia edilib.
Wall Street Journal-ın Avropa və Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Putin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparan ABŞ prezidenti Donald Trampın administrasiyasına təklif təqdim edib.
Aytən Yaşar/ Turkustan.az