Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ərazi məsələlərində konstitusiyasını poza bilməyəcəyini bəyan edərək: “Ukraynalılar öz torpaqlarını işğalçılara verməyəcəklər” deyib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşmək qərarını şərh edən Zelenski Ukraynanın sülh gətirə biləcək real həll yollarına hazır olduğunu bildirib.
Lakin o əlavə edib ki, Kiyev olmadan istənilən həll sülhə zidd olacaq.
Aytən Yaşar/ Turkustan.az