Tramp İlham Əliyevi Oval kabinetlə belə tanış etdi – ANBAAN VİDEO


Məlum olduğu kimi, Avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü baş tutub.

Turkustan.az xəbər verir ki, “President.az” youtube kanalı görüşlə bağlı videonu yayımlayıb.

Donald Tramp İlham Əliyevi Ağ Evin qarşısında şəxsən qarşılayıb.

Daha sonra ABŞ lideri Dövlətimizin başçısını Ağ Ev və Oval kabinetlə tanış edib.

Görüş çərçivəsində, İlham Əliyev və Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.

Sonda isə Donald Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə hədiyyə edib.



MANŞET XƏBƏRLƏRİ