"İnsan Alveri ilə mübarizədə yeni çağırışlar" layihəsi çərçivəsində tədbir keçirilib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, "Könül Evi"Aztəminatlı Ailələrə Yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə 25 iyul 2025-ci il tarixdə Quba rayonu, Qəçrəş qəsəbəsində 25 gəncin iştirakı ilə "İnsan Alveri ilə mübarizədə yeni çağırışlar" adlı layihə çərçivəsində tədbir həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbiri təşkilatın sədri Rüxsarə Axundova açaraq layihə haqqında geniş məlumat verib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Əhməd Nurullayev, Qəçrəş qəsəbə İcra nümayəndəsinin sədr müavini Fuad Yusifov, Quba rayon Polis İdarəsinin leytenantı Şahbazova Aynur və İnsan Alveri ilə Mübarizə üsrə QHT Koalisiyasının üzvü Zülfiyyə Nuriyeva iştirak edirdilər. Tədbirdə İnsan Alverinin müasir dünyada rəqəmsallaşması və bu təhlükələrdən xüsusilə gənclərin necə qoruna bilməsi metodları haqqında məlumatlar verildi. Layihə çərçivəsində mövzunu əhatə etməklə hazırlanan buklet və kitabçalarda gənclərin təhlükəli vəziyyəti hiss etdikdə 152 qaynar xətti qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti tərəfindən çəkilmiş "Bir Addım, Bir Həyat" filmi nümayiş etdirildi və daha sonra interaktiv müzakirələr keçirildi. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək,xatirə fotosu çəkildi.


MANŞET XƏBƏRLƏRİ