Cənubi Qafqazda baş verən son geosiyasi proseslər Zəngəzur dəhlizi məsələsi ətrafında cərəyan edir.
Turkustan.az xəbər verir ki, bu barədə "Past" qəzeti məlumat yayıb.
Ermənistan nəşri Rusiya və Azərbaycan arasında artan gərginliyin də bununla əlaqədar olduğunu iddia edir.
Qəzetin fikrincə, açılmaq mərhələsində olan dəhlizə nəzarətdən kənarda qalan Rusiya həm Azərbaycan, həm də Ermənistana qəzəblidir.
Məqalədə qeyd edilir ki, Zəngəzur dəhlizi səssizcə açılır və bu, Rusiyanın istədiyi çərçivədə baş vermir:
"Regionda baş verənlərin mərkəzində Sünik məsələsi (Qərbi Zəngəzur - red.) dayanır. İndi ritorikaların toqquşduğu yer buradır. Regional infrastrukturun sürətləndirilmiş tikintisi, yolların yenidən qurulması onu deməyə əsas verir ki, dəhliz formalaşır, amma Ermənistan hakimiyyəti bunu dilə gətirməyə cəsarət etmir.
İctimai rəy kilsəyə qarşı kampaniyalar və ya müxalifətçilərin həbsləri ilə məşğul olarkən, Sünik səssiz ticarət obyektinə çevrilib".
"Past"a görə, Zəngəzur nəzarətsiz dəhliz statusu ilə açılacaq./teleqraf