İsrailin keçmiş müdafiə naziri Yoav Gallant Təl-Əvivin nüvə fəaliyyətlərini inkişaf etdirəcəyi təqdirdə İranın nüvə obyektlərinə yeni hücumlar edəcəyi ilə hədələyib.
Turkustan.az xəbər verir ki, Gallant sosial media hesabında İran lideri Əli Xamneyiyə ünvanladığı məktubu paylaşıb.
Tehran rəhbərliyinin Təl-Əvivə münasibətinə qarşı bir çox iddialar irəli sürən Gallant: "İranın vəkil qüvvələri vasitəsilə İsraili mühasirəyə almağa çalışdığını, lakin buna nail ola bilmədiklərini" iddia edib.
Gallant iddia edib ki, Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullah 2023-cü il oktyabrın 7-dən sonra İsrail və HƏMAS arasında münaqişədə iştirak etmək üçün Xamneyidən icazə istəyib, lakin İran lideri bundan imtina edib.
Aytən Yaşar/ Turkustan.az