Azərbaycanın Ukraynaya etdiyi yardımın həcmi AÇIQLANDI


Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyin həcmi açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ukrayna Bərpa Konfransındakı çıxışı zamanı məlumat verib.

Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.

Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edən Yalçın Rəfiyev, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğunu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırılıb.


MANŞET XƏBƏRLƏRİ