Moskva ölkələr arasında dialoqu strateji əməkdaşlıq səviyyəsinə qaytarmaq üçün Bakıya müraciət edir.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz, əlbəttə ki, Azərbaycan tərəfini dövlətlərarası münasibətlərin rəsmi sənədlərdə təsbit olunmuş səviyyəsinə qayıtmaq üçün tədbirlər görməyə çağırırıq. Nəzərinizə çatdırım ki, bu, strateji müttəfiqlik səviyyəsidir", - o, Azərbaycan tərəfinə müraciət edib.
Zaxarova Azərbaycanı ölkələr arasında münasibətlərdə yaranan bütün məsələləri diplomatik kanallar vasitəsilə və tərəfdaşlıq ruhunda həll etməyə çağırıb./publika.az