Bir ömür mənimlə yaşayacaq o gün


Bir az yağışlı, bir az günəşli yaz günü ömrüm boyu mənimlə yaşayacaq. Həmin gün doğulduğum Qazax rayonunun Kəmərli kəndində yaşadığım sevinci, diqqəti və hörməti sözlə ifadə eləmək belə mümkün deyi. Doğmaların əhatəsində ərsəyə gətirdiyim “Dedim bəlkə sözüm qala...” kitabım haqqında müzakirədən gözəl nə ola bilərdi?

Açıklama yok.

Aslan Kəmərli adına orta məktəbin Aslan Kəmərli otağında pedoqoji kollektiv və buraxılış sinif şagirdləri ilə olan görüş-müzakirə sözün həqiqi mənasında sözə dəyərin, onun məna tutumunun izahının ən ali mərtəbəsi idi. Sözümüzün cəfakeşi, poeziyamızda öz dəsti-xətti olan Qaragözlü Mübarizin moderatorluğu ilə keçirilən görüş olduqca şirin və məntiqli idi. Şair görüş iştirakçılarına kitab haqqında ətraflı məlumat verdi. Qalib Rəhimlinin jurnalist olaraq ərsəyə gətirdiyi yazıların şirinliyindən danışdı, siyasi və mənəvi dəyərlərindən, müharibənin dəhşətlərini göstərən yazılarından, şəhidlərimizə həsr etdiyi məqalələrdən danışdı. Cəmiyyətin bütün tərəflərinə nüfuz edən bu publisist toplunun kifayət qədər samballı olduğunu vurğuladı.

Məktəbin direktoru Nazim müəllim isə çıxışında müəlliflə bağlı xatirələrindən danışdı.Kitabın hər səhifəsinin böyük söz xəzinəsi olduğunu diqqətə çatdırdı.

Açıklama yok.

Kitabın ərsəyə gəlməsində, nəşrə hazırlanmasında çox böyük zəhməti olan şair Rəfayıl İncəyurdun özü kimi sadə, lakin olduqca məntiqli fikirləri də auditoriya üçün maraqlı oldu. Şair bildirdi ki, kitabdakı hər məqalə ayrı-ayrılıqda bir publisistin söz dünyasının zənginliyini göstərir. Ən önəmlisi isə kitabın tez bir zamanda siyasi və mənəvi dünyamızda böyük yer tutmasıdır ki, bu da müəllifin sözün nazını çəkmək, onun qılığına girmək bacarığından xəbər verir. Kitabın müasir publistikamızda yerini hər zaman saxlayacağını deyən Rafayıl İncəyurd onu da əlavə etdi ki, hələ Qalib Rəhimlinin şəxsi arxivində hələ çox yazıları, təhlilləri var və əminəm ki, həmin yazılar da günün birində böyük oxucu auditoriyasına daha bir kitab halında çatdırılacaq.

Açıklama yok.

Kəmərli kənd mədəniyyət evinin direktoru Yetər xanım Tüyürlünün kitab və müəllif haqqındakı fikirləri də görüş iştirakçıları tərəfindən maraqla qarşılandı. Kitabın üz qabığının məna tutumuna Yetər xanımın baxışı, burdakı rənglərin ağılla izahı bir təcrübəli mədəniyyət xadiminin sözə və kitaba verdiyi yüksək qiymət idi. Yetər xanım onu da əlavə etdi ki, müəlliflə eyni sinifdə oxuyub, onun orta məktəb illərində də sözə, yaradıcılığa bağlı olduğunu söyləyib. Bildirib ki, bu kitaba müəllif mənimlə bağlı ilk oçerkini də daxıi edib.

Müəllifin atası, kənd ağsaqqlı Rəhim Rəhimov görüşü təşkil edən pedoqoji kollektivə və kitabın ərsəyə gəlməsində xüsusi zəhməti olan Rəfayıl İncəyurda minnətdarlığını bildirib, kitabın siyasi əhəmiyyətindən danışıb.

Yurdun ən dəyərli kişilərindən Qədir İsmayılovun, sözün alt qatlarını duyub ruhunu, könlünü sözə bağlayan Həmid Bayramovun, sirin səsli, şirin barmaqlı aşıq Osmanın təbriklərinin isə bir ayrı ləzzəti var idi.

Açıklama yok.

“Dedim bəlkə sözüm qala...” kitabının müəllif Qalib Rəhimli də tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlıq edib, kitabın hansı səbədən yaranmasından danışıb, tədbir iştirakçıları ilə birgə böyük söz adamı Aslan Kəmərlinin abidəsi önündə xatirə şəkilləri çəkdirib.

Sonda tədbir iştirakçıları və müəllif kitabda haqqında yazı olan qəhrəmanımız Yunis Kazımovun ailəsində olub, şəhidin atası Qasım Kazımova kitab bağışlayıb və şəhidin qəbrini ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ