Ərdoğan Bəşər Əsədlə görüşəcək? – Ankaradan rəsmi AÇIQLAMA


Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır, Ankaranın isə iki ölkə prezidentləri arasında dərhal görüş keçirmək planları yoxdur.

Turkustan.azxəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bazar günü Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

"Prezidentlərin görüşünün baş tutub-tutmayacağını və nə vaxt olacağını bilmirəm, çox işimiz var. Dərhal görüş keçirmək planımız yoxdur. Münasibətləri yaxşılaşdırmaq üçün çalışırıq", - deyə Kalın bildirib. Onun sözlərinə görə, Suriya ilə əlaqələr indi müstəsna olaraq xüsusi xidmət orqanları səviyyəsində saxlanılır və ehtiyac yarandıqda, xüsusən də təhlükəsizlik və ya qaçqınlarla bağlı məsələlərlə bağlı həyata keçirilir.

Türkiyənin Suriyanın şimalında quru əməliyyatı planlarından danışan Kalın qeyd edib ki, Ankara qonşu ərazilərdən gələn terror təhlükələrinin aradan qaldırılması məsələlərini həll etdiyi üçün sərhədyanı hərəkətlər üçün heç kimdən icazə istəmir. "Biz heç kimdən icazə istəmirik, milli təhlükəsizliyimizə təhdidlərin aradan qaldırılması məsələlərini həll edirik. Başqa bir şey odur ki, biz müəyyən məsələləri müttəfiqlərlə razılaşdırırıq", - o əlavə edib.

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatda PKK, PYD/YPG ünsürlərini vurduğuna, ABŞ və Rusiya qüvvələrini hədəf almadığına diqqət çəkən İbrahim Kalın bunları deyib: "Amerikalıları, mülki insanları, rusları, iranlıları və ya amerikalıları hədəf almayacağıq. Digərlərinə isə hədəfimizin PKK, PYD/YPG ünsürləri olduğu mesajını verdik". /avropa.info/


MANŞET XƏBƏRLƏRİ