Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Dünyada Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olan heç bir ölkə və ya hərbi blok yoxdur. Ermənistan regionda sülh təmin olunacağı halda özünün təhlükəsizliyini təmin edə bilər. Təhlükəsizlik təminatlarından danışırıqsa, yalnız bir təhlükəsizlik zəmanəti var – sülh”, - baş nazir vurğulayıb. (teleqraf.com)